Boris Conson biabır oldu - Öz partiyasının üzvündən ağır zərbə - FOTOLAR

Boris Conson biabır oldu - Öz partiyasının üzvündən ağır zərbə - FOTOLAR

Dünən İngiltərə siyasətində aktiv gün yaşanıb.
 
Maide.Az CNN Türk-ə istinadən xəbər verir ki, dünən İngiltərə parlamentində “Brexit”lə bağlı növbəti səsvermə keçirilib.
 
Səsvermədə yeni baş nazir Boris Conson ilk böyük məğlubiyyətini yaşayıb. “Brexit”in qarşısını almağa yönəlmiş kritik səsverməni müxalifət partiyaları 301 səsə qarşı 328 səslə qazanıb. Beləliklə, Parlamentin alt qanadı Avam Kamarasının gündəliyini təyin etmək hüququ hökumətdən millət vəkillərinə keçib.
 
Bu hadisəni kölgədə qoyan olay isə baş nazir çıxış edən zaman baş verib. Millət vəkili Filip Li üzvü olduğu Mühafizəkarlar Partiyasının lideri Boris Conson çıxış edərkən qarşı tərəfə - Liberal Demokrat Partiyası tərəfə keçib. Hər kəsin təəccübünə səbəb olan bu hadisəyə isə sabiq baş nazir Tereza Mey gülümsəyərək reaksiya verib.
 
İclasdan sonra sosial media hesabında məlumat paylaşan Filip Li bundan sonra Mühafizəkarlar Partiyasında qala bilməyəcəyini bildirib.
 
Bununla da Mühafizəkarlar Partiyası parlamentdəki say çoxluğunu da itirib.
 
 
 
 

Google+ WhatsApp ok.ru