Boğularaq öldürülən amerikalı zəncinin videosu yayıldı - VİDEO - foto

ABŞ-da Ferguson şəhərində 18 yaşlı silahsız qara gənc Maykl Braunu öldürən polis məmuru Darren Uilsonun cəzalanmasına lüzum olmadığına hökm verilməsinə yönəlik etirazlar davam edərkən, Amerika məhkəməsindən başqa bir hadisə ilə bağlı analoji qərar çıxıb. Məhkəmə qərarına etiraz edən ameikalılar küçələrə töküldü, yolları bağladı, yerə yataraq ölü təqlidi göstərdilər.
 
Maide.az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində saxlanılan zaman boğazının sıxılması nəticəsində dünyasını dəyişən Erik Garnerla bağlı hakimlər hadisədə məsuliyyəti olduğu iddia edilən polisin cəzalanmasına lazımsızlığı qənaətinə gəliblər.
 
 
 
 


Google+ WhatsApp ok.ru