İŞİD yeni `ölüm maşını`ndan istifadəyə başladı - (Foto)

İŞİD terror təşkilatının Kobanidəki hücumları davam edərkən, təşkilatın sanki qan gölünə dönən şəhərdən yaydığı son fotoşəkil dəhşətə salacaq şəkildədir. Maide.az xəbər verir ki, fotoda İŞİD terrorçusu şəhərdəki dağılmış binalardan birində nəhəng ölçülərdə snayper tüfəngilə poz verib. Media orqanları tərəfindən İŞİD-in yeni "ölüm maşını" adlandırılan nəhəng snayperin təxminən 3 metr uzunluğunda olduğu və 23 kalibrlik güllələr atdığı güman edilir.
 
Silah mütəxəssisləri bu silah haqqında geniş məlumat verməsələr də, onun adətən yüngül silahlı texnikanın vurulmasında istifadə edilə biləcəyini qeyd edirlər.
 

Google+ WhatsApp ok.ru