BP Tehranda nümayəndəliyini açır

İranın Milli Neft Şirkətinin icraçı direktoru gələn bir neçə ay ərzində Tehranda İngiltərənin British Petrolium (BP) Şirkətinin nümayəndəliyinin fəaliyyətə başlayacağını bildirib.
 
Maide.Az  xəbər verir ki, İranın Milli Neft Şirkətinin icraçı direktoru Rüknəddin Cavadi Tehranda 21-ci Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisi  çərçivəsində BP şirkətinin nümayəndəsi ilə görüşdən sonra deyib ki, BP şirkəti İranın neft və qaz layihələrində investisiya qoymaqda maraqlıdır.
 
İranın neft nazirinin müavini bildirib ki,  Sanksiyalar dövründə ixrac olunan qaz kondensatlarının həcmi gündəlik 250 min barel olmuşdur. Lakin hazırda  gündəlik   450 min barel  kondensat ixrac olunur  ki, Cənub Pars  qaz yatağının inkişafı ilə bu rəqəm artacaq.
 
Onun sözlərinə görə, İran  gündəlik  2 milyon 100 min barel neft ixrac edir və ölkə daxilində  3 milyon  700 min barel  neft  hasilatı var ki, bu rəqəm   tezliklə  3 milyon  800 min barelə çatacaq.
 
21-ci Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisi cümə axşamı günü İrandan 1900 və digər ölkədən 38 şirkətin iştirakı ilə Tehranda işə başlayıb.
 

 

Google+ WhatsApp ok.ru