Ukrayna paytaxtında İsrail bayrağı yandırıldı

Kiyevin meri, dünya şöhrətli boksçu bu hadisədən sonra narahatçılığını media vasitəsilə bildirib
 
İslamazeri.az "Rusvesna" saytına istinadən xəbər verir ki, Kiyev şəhərinin meri Vitaliy Kliçko bildirib ki, yəhudi xalqının milli matəm və xatirə günündə bir qrup naməlum şəxs “Menora” abidəsinin yanında İsrail bayrağını yandırıblar. “Müşahidə kameraları qeyd etdiyi kimi, bir qrup gənc, “Babiy Yar”-da “Menora” abidəsinin yanında İsrail hökümətinin bayrağını yandırıb. Hadisə yəhudi xalqının milli müsibət və xatirə günündə baş verib. Bu gün bütün dünya yəhudilər, ikinci dünya müharibəsi zamanı faşizm qurbanı olmuş 6 milyon qurbanı yad edirlər.”,  – deyə Kliçko bildirib. Qeyd edək ki, İsrail əleyhinə etirazlar bir çox ölkələrdə baş verir. Etirazlar İsrailin fələstinlilərə qarşı qətliam törətdiyinə, torpalarını işğal etdiyinə görə həyata keçirilir. 

Google+ WhatsApp ok.ru