İbrahim Rəhimpur: `Region bundan artıq gərginliyə tab gətirməyəcək`

İran və Türkiyə xarici işlər nazirinin müavinləri regionda sülh və sabitliyin qurulması lazım olduğuna vurğu etdi.
 
Maide.az xəbər verir ki, İran xarici işlər naziri müavini İbrahim Rəhimpur və Türkiyə xarici işlər nazirinin müavini Ümit Yalçın dünən Ankarada regionun ən mühüm məsələləri və iki ölkə arasında ortaq siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, konsulluq və mədəni əlaqələr prosesini müzakirə edib.
 
Ümit Yalçın Tehran-Ankara münasibətlərinin hər zaman mötəbər və rəsmi kanallardan fəal bir şəkildə davam etdiyini, bəzi regional məsələlərdə fikir ayrılığından kənar olaraq, son illərdə iki ölkə münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf etdiyini bildirib.
 
İbrahim Rəhimpur isə İran və Türkiyə xalqları arasında tarixi, siyasi və mədəni güclü əlaqələrə işarə edərək, nüvə sazişindən sonra İran və Türkiyə əlaqələrinin güclənməsi üçün yeni imkanların yarandığını deyib.
 
Bəhreyn, Suriya və Yəmən böhranlarına toxunan Rəhimpur, regionda terrorizmin yayılması və sülh, sabitlik və əmin-amanlığın təmin olunmasının əhəmiyyətinə toxunaraq, regionun bundan artıq gərginliyə tab gətirməyəcəyini söyləyib.
 
Rəhimpur İran və Türkiyənin birgə əməkdaşlığı ilə Suriya, Yəmən və İraqda böhranın sona çatması və terrorizm ilə mübarizədə aparıcı rol oynayacaqlarını bildirib.
 

Google+ WhatsApp ok.ru