Cənubi Koreya: Bundan sonra olların səbəbkarı Şimali Koreyadır

Cənubi Koreyanın Birləşmə naziri Honq Yong-pyo jurnalistlərə verdiyi açıqlamada bundan sonra iki ölkə arasında baş verəcək hadisələrdə Şimali Koreyanın məsul olduğunu bildirərək, Pyongyang rəhbərliyinin hazırda bunu görməzliyə vurmasına baxmayaraq, Kaesong Sənaye Zonasında Cənubi Koreya firmalarının mülklərinin qorunmasını istəyib.
 
Maide.az xəbər verir ki, Müdafiə Nazirliyindən yayımlanan açıqlamada da "Cənubi Koreya ordusunun hər ehtimala hazır olduğu" bildirilib.
 
Cənubi Koreyanın birləşmə naziri Honq Kong-pyo ötən gün Kaesongdakı birgə sənaye bölgəsində işlərə xitam qərarı verdiklərini açıqlamışdı. Fəaliyyətə 2004-ci ildə başlayan sənaye zonasının Şimali Koreyaya 560 milyon dollar qazanc gətirdiyini vurğulayan Honq, beynəlxalq cəmiyyətə Pyongyang rəhbərliyinə daha sərt sanksiyalar tətbiq olunması üçün təzyiq edərkən, Şimali Koreyanın bu regionu kütləvi qırğın silahları hazırlamaq üçün istifadə etməyəcəyini bildirmişdi. Honq Kaesongda fəaliyyət göstərən şirkətlərə kompensasiya ödəyəcəklərini də bildirmişdi.

Google+ WhatsApp ok.ru