Braziliyada futbol azarkeşləri arasında toqquşmalar baş verib, ölən və yaralananlar var

Braziliyada futbol azarkeşləri arasında toqquşmalar baş verib, ölən və yaralananlar var

Rio-de-Janeyro şəhərində Braziliya çempionatı çərçivəsində  bu gecə keçirilmiş “Botafoqo” – “Flamenqo” matçı öncəsi futbol azarkeşləri arasında qanlı toqquşmalar baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.
 
Buna baxmayaraq fanatlar arasında baş verən çoxsaylı toqquşmaların birində sinəsindən güllə yarası alan azarkeş ölüb. Azı 7 nəfərin xəsarət aldığı bildirilir.
 
Fevralın 13-ə keçən gecə keçirilən “Botafoqo” – “Flamenqo” matçı 1:2 hesabı ilə başa çatıb. /

Google+ WhatsApp ok.ru