Trampın fəaliyyətindən narazıların sayı artıb

Trampın fəaliyyətindən narazıların sayı artıb

Amerikalıların 55 faizi Trampın fəaliyyətindən narazıdır.
 
APA-nın məlumatına görə, bunu "Gallup" İctimai Araşdirma İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərib.
 
Rəy sorğusunda iştirak edənlərin 40%-i yeni prezidentin fəaliyyətini dəstəkləyib, 55%-i isə Trampın fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.
 
Qeyd olunur ki, sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. "Gallup" İnstitutunun gündəlik sorğularında 1 500 ABŞ vətəndaşı iştirak edir.
 

Google+ WhatsApp ok.ru