Braziliyada həbsxanada qarşıdurma:  30 məhbus öldürülüb

Braziliyada həbsxanada qarşıdurma: 30 məhbus öldürülüb

Braziliyanın şimalında Riu-Grandi-do-Norti ştatında yerləşən Alkaçuz həbsxanasında dünən qarşıdurma baş verib. 
 
Maide.Az xəbər verir ki,  baş vermiş qarşıdurmada azı 30 məhbus həyatını itirib. 
 
Öldürülən məhbusların əksəriyyətinin başı kəsilib. Polis qarşıdurmaya yalnız bu gün səhər saatlarında müdaxilə edə bilib və 14 saatdan sonra qarşıdurmanı dayandırıblar. 
 
Qarşıdurmanın narkotik ticarəti ilə məşğul olan iki banda arasında baş verdiyi bildirilir. 
 
Qeyd edək ki, 620 yerlik Alkaçuz həbsxanasında hazırda 1083 məhbus saxlanılır.
 
Bu ilin əvvəlindən Braziliya həbsxanalarında baş verən qarşıdurmalar nəticəsində 116 nəfər ölüb.
 
Brazilya həbsxanalarında  600 mindən çox məhbus saxlanılır.
 

Google+ WhatsApp ok.ru