Braziliya hökuməti: 830 məhəlləyə onlar nəzarət edir

Braziliya hökuməti: 830 məhəlləyə onlar nəzarət edir

-- Bu şəhərdə vəziyyət həddən artıq ağırdır

Braziliynın ictimai təhlükəsizlik naziri Raul Junqman bildirib ki, Rio-De-Janeyroda bir milyondan çox vətəndaş narkomafiyanın nəzarəti altında yaşayır.
 
Maide.Az "FaktXəbər"-ə istinadən  bildirir ki, o, qeyd edib ki, hazırda şəhərin təxminən 830 məhəlləsinə narkotik şəbəkəsinin silahlıları nəzarət edir.
 
"Təxminən 1,1 milyona qədər vətəndaş fövqəladə vəziyyət şəraitində yaşayır. Onların orada ən minimal hüquqları belə təmin olunmur və uşaqlar isə tədrislərini başa vura bilmirlər.
 
Bu şəhərdə vəziyyət həddən artıq ağırdır. Digər şəhərlərdə isə müdaxiləyə ehtiyac görmürəm",-deyə nazir əlavə edib.
 

Google+ WhatsApp ok.ru