Britaniyada “Terrorizmin dini yoxdur” adlı konfrans keçirildi

“Terrorizmin dini yoxdur” adlı konfrans 18 noyabr, dünən axşam İngiltərənin Nottingham şəhər əhalisi tərəfindən keçirilib.
Maide.az xəbər verir ki, yüzlərlə insan müxtəlif dinlərin rəhbərlərinə qoşularaq bu tədbirdə iştirak edib və radikal qruplaşmaların hərəkətlərinin Dinlə heç bir əlaqəsi olmamasının bildirilməsinin vacibliyini vurğulayıblar.
Nottingham şəhərinin “Bridge” Mərkəzində baş tutan tədbirdə 50 müsəlman 50 nəfər qeyri-müsəlmanla iki növbədə təkbətək dialoq aparıb.
Bu konfrans Parisdə baş verən son terror aktlarına və onun ardınca anti-İslam əhvalının artmasına cavab olaraq keçirilib.
Nottingham şəhərində yaşayan müxtəlif dinlərin rəhbərləri 17 noyabrda da yığıncaq keçirərək və Nottingham şəhər Şurasında çıxış etməklə, dinlərarası dostluğun və həmrəyliyin möhkəmləndirilməsini vurğulayıblar.
Bazar ertəsi günü axşam isə Nottingham şəhərinin yüzlərlə sakini şəhər Şurasında müsəlmanlarla öz həmrəyliklərini nümayiş etdirmək üçün bir araya gəliblər./

Google+ WhatsApp ok.ru