Bəhreyn məhbusların sayına görə birinci yeri tutur -FOTO

Kiçik Bəhreyn ölkəsi- burada xalq üsyanının kəskin xarakter alması və hakim rejim tərəfindən həbs olunan insanlarin sayının artması ilə- əhali sayına nisbətdə məhbusların sayına görə  Qərbi Asiyada (Avropaya nəzərən Yaxın Şərqdə,  - red.)  ilk yerə çatıb.
 
Maide.az xəbər verir ki, qeyri-kommersiya təşkilatı olan və xüsusilə də dünyadakı həbsxanalarla bağlı araşdırma aparan Dünya Həbsxanalarının Beynəlxalq Araşdırma Mərkəzi Bəhreynin məhbusların sayına görə birinci yerdə olduğu qənaətindədir.
 
Məlumata görə, əhali sayına nisbətdə məhbusların sayına görə Bəhreyn 301 xalla birinci, İsrail rejimi 256 xalla ikinci və BƏƏ orta hesabla 229 xalla üçüncü sırada yer alıblar.
 
Bu statistika onu göstərir ki, Bəhreyn hakimiyyəti 2011-ci ilin mart ayından etibarən Ərəbistan və BƏƏ-nin köməyi ilə şiə əhalinin çoxluq təşkil etdiyi Demokratiya tələb edən insanların etirazlarının dağıdılması zamanı nə qədər insanın həbs edib.
 
Bu araşdırmada, Səudiyyə Ərəbistanı dördüncü, İordaniya isə beşinci sırada yer alıb./
 
 
 
 

Google+ WhatsApp ok.ru