Britaniyada Bəhreyn səfirliyi qarşısında aksiya - FOTO

Dekabrın 28-də Bəhreynin ən böyük şiə müxalif təşkilatlarından olan Əl-Vifaqın baş katibi Şeyx Əli Salman Daxili İşlər Nazirliyində keçirilən görüşdən sonra evinə edilən basqında həbs edilərək naməlum istiqamətdə aparılması ölkədə böyük narazılıq yaradıb. Maide.az xəbər verir ki, artıq 6-cı gündür davam edən dinc aksiyalar Ali-Xəlifə rejiminin sərt təzyiqləri ilə üzləşir. Polis aksiyaçılara qarşı gözyaşardıcı və rezin güllələrdən istifadə edir. Toqquşmalar qeydə alınıb.
 
Şeyx Əlinin həbsi həm Bəhreyndə, həm də digər ölkələrdə Əhli-Beyt sevərlər və alimlər tərəfindən sərt şəkildə tənqid olunur.
 
Bu gün isə Britaniyadakı Bəhreyin səfirliyi qarşısında Şeyx Salmanın həbsinə görə etiraz aksiaysı keçirilib.  
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru