“Əl-Qaida”nın nüfuzlu liderlərindən biri Nyu-Yorkda vəfat edib

“Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri Əbu Ənas əl-Libi Nyu-Yorkda ölüb.
 
Əbu Ənas əl-Libi 1998-ci Keniya və Tanzaniyada ABŞ səfirliklərinə terror hücumunun təşkilində ittiham olunur.
 
Əsl adı Nazih Əbd-əl-Hamid ər-Ruhai olan terrorçu 10 ildən çox axtarışda olub və ABŞ onun tutulması üçün 5 milyon dollar mükafat təyin edib. Əl-Libi 2013-cü ildə Tripoli yaxınlığında ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Həmin ay da Nyu-Yorkda məhkəmə qarşısına çıxıb.
 
Əl-Libi 1994-cü ildən “Əl-Qaidə” sıralarında döyüşüb və Üsamə bin-Ladenin etibarlı adamlarından sayılır.
 
Onun törətdiyi bildirilən Keniya və Tanzaniyada baş vermiş terror hücumlarında 12 amerikalı, 220 keniyalı həlak olub.

Google+ WhatsApp ok.ru