Britaniyada İsrailə rəğbət azalıb, İrana isə artıb

Britaniyada keçirilmiş rəy sorğusu iştirakçılarının 35 faizi İsrailə “xüsusilə rəğbətsiz” yanaşdıqlarını bildirib.
 
Halbuki 2012-ci ildə bu rəqəm 17 faiz olub.
 
Maide.az xəbər verir ki, təhlilçilər bunu İsrailin Fələstində ötən il apardığı hərbi əməliyyatlarla əlaqələndirirlər.
 
Ötən il həmçinin Britaniya parlamenti Fələstin dövlətinin tanınması barədə hökumətə təklif verilməsi barədə qətnaməni demək olar, yekdilliklə qəbul edib.
 
Əvəzində Britaniyada İrana 2012-ci ildə “rəğbətsiz” münasibət bəsləyənlər respondentlərin 45 faizini təşkil edirdilərsə, son rəy sorğusunda bu rəqəm 33 faiz olub.
 
Bu isə İranda daha sərt çıxışları ilə tanınan prezident Əhmədinejadın Ruhani ilə əvəzlənməsilə izah olunur.
 
Britaniyada ən çox sevilməyən ölkə isə 47 faizlə Şimali Koreya olub. İki il əvvəl bu rəqəm 40 faiz idi.
 
Rusiyaya rəğbətsizlərin faizi 2012-ci ildə 30 idisə, ötən il Krımın ilhaqından sonra bu rəqəm 56 faizə sıçrayıb.
 
İctimai rəyi öyrənən YouGov təşkilatı ilə Chatham House araşdırma mərkəzinin birgə layihəsi olan bu rəy sorğusu 2000 britaniyalını əhatə edib.

Google+ WhatsApp ok.ru