PEGİDAya qarşı Avstriyada 7 minlik yürüş

Avstriyanın paytaxt Vyanada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) tərəfdarları ilə özlərini anti-PEGİDA adlandıran qrupların aksiyaları keçirilib.
 
Maide.az xəbər verir ki, geniş təhlükəsizlik tədbirləri altında Museumquartier meydanında toplanan PEGİDA əleyhinə təxminən 7 min adam Stefanplatz meydanına kimi yürüş ediblər. "PEGİDAya yox, qaçqınlar və müsəlmanlar xoş gəldiniz," "Müsəlman əleyhinə irqçiliyə yox" yazılmış plaktlar qaldıran aksiyaçılar, "İrqçiliyə və təcavüzə xeyir" və "İrqçilər rədd olun!" şüarları səsləndiriblər.
 
İslam və qaçqınlar əleyhinə yaradılmış PEGİDA tərəfdarları da yürüş təşkil edib. Polisin nəzarəti altında toplaşan təxminən 300 PEGİDA tərəfdarı Avstriya bayraqları və üzərində "Avropanın İslamlaşmasını dayandırın" yazılmış plakatlar qaldırıblar. 
 
PEGİDA əleyhinə aksiyaya qatılan Vyana İslam Federasiyası sədri Məhəmməd Turhan açıqlamasında İslamın Avstriyanın 100 illik həqiqəti olduğunu bildirərək, müsəlmanların yarım əsrdir ki, Avstriyada yaşadığını bildirib. İslama qarşı ortaya çıxan PEGİDA təşkilatının Almaniyada etdiyi fitnənin Avstriyada olmasına heç vaxt icazə verməyəcəklrini deyən Turhan, "Bu gün hamı birlikdə böyük bir coşqu ilə PEGİDAya verilməsi lazım olan dərsi verdik. Bir qardaşlıqla Avstriyada bu cür hərəkətlərin qərar tutmayacağını göstərdik. Müsəlmanlar Avstriyanın bir hissəsidir. Bu həqiqəti uca səslə ifadə edəcəyik" söyləyib.

Google+ WhatsApp ok.ru