Britaniya dünyadakı xəfiyyələrini geri çağırdı

İngiltərənin Mi6 təşkilatı xarici ölkələrdə yerləşdirdiyi kəşfiyyatçılarını geri çağırıb.
 
İngiltərə bu addımı Rusiya və Çindən ehtiyatlandığı üçün atıb. Məlumata görə, gizli informasiyaları Kremlə ötürən SİA agenti Edvard Snoudendir. Yüksək rütbəli ingilis rəsmilərini mənbə göstərən “Sandi Tayms” (Sunday Times) qəzeti isə yazır ki, Moskva İngiltərə və Amerika kəşfiyyatçılarının kimliyini təsbit edəcək gizli məlumatlar barədə bir milyona yaxın sənədi ələ keçirib.
 
Qeyd edək ki, Snouden dünya liderləri və yüksək vəzifəli şəxslərə dair 200-dən çox sənədi aşkara çıxarmış, 2013-cü il iyununda ABŞ tərəfindən tutulması barədə əmr verildikdən sonra Rusiyada yaşamağa başlamışdır.Axar.az

Google+ WhatsApp ok.ru