Rus əsgəri Ermənistanda öldürüldü

Bu gün Ermənistanın Gümrü şəhərindəki “Ana Ermənistan” abidəsinin yaxınlığında gənc kişi meyiti tapılıb.
 
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Şirak vilayətinin prokuroru Raffi Aslanyan məlumat verib.
 
Aslanyanın sözlərinə görə, meyit abidənin yaxınlığındakı ərazidə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Həmçinin həmin şəxsin kimliyi də müəyyənləşdirilib. Qətlə yetirilən şəxs Rusiyanın Gümrüdə dislokasiya olunmuş hərbi bazasının hərbi qulluqçusu İvan Novikovdur. R.Aslanyanın sözlərinə görə, İ.Novikov cəmi iki ay əvvəl hərbi xidmətə çağırılıbmış./

Google+ WhatsApp ok.ru