Britaniya hökuməti də öz vətəndaşlarını Dağlıq Qarabağa səfər etməkdən çəkinməyə çağırıb

Maide.az-ın məlumatına görə, Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağa və ətraf ərazilərə səfər etməkdən çəkinməyə çağırıb.
 
Britaniya XİN təmas xətti və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulduğunu və bunun çoxsaylı insan tələfatı ilə nəticələndiyini xatırladıb: “Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edənlərin Azərbaycana girişinə qadağa qoyulacaq”.
 
Açıqlamada bildirilir ki, il ərzində 7 minə yaxın britaniyalı bizneslə əlaqədar Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır.
 
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi də analoji bəyanatla çıxış etmişdi. 

Google+ WhatsApp ok.ru