Çində qadınların hicabla avtobusa minməsi qadağan edildi

Sincan Uyğur Muxtar Vilayətinin şimalındakı Karamay şəhəri rəsmiləri, qadınların ictimai nəqliyyat vasitələrinə hicab və örtüklə minməsini qadağan etdi.
 
Saqqallı kişilər də “Karamay Daily” qəzeti tərəfindən elan olunan qadağa çərçivəsinə daxildir. 
 
Rəsmi məlumatlara görə, 1 milyona yaxın adamın yaşadığı Karamay şəhərində əhalinin 75 faizini Xan mənşəli çinlilər təşkil edir. 
 
Bölgənin şimalında yerləşən və zəngin neft yataqlarıyla tanınan şəhərdə azlıq təşkil edən Uyğurlar sıxıntılara məruz qalır. 
 
Çin mediasına görə, Uyğur bölgəsində son 2 ildə baş verən hadisələrində ölənlərin sayı 300-ə yaxınlaşıb. 

Google+ WhatsApp ok.ru