Britaniya hökuməti Ayətullah Nimrin edamını kəskin pislədi: Londonda etirazlar başladı

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-beyt (ə) alimi Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin edam edilməsini pisləyib.
 
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Britaniya XİN rəsmisi Hillari Ben bildirib ki, Səudiyyə rejiminin kəskin tənqidçisi və ifadə azadlığına görə həbs edilmiş Şeyx Nimrin edam edilməsi qanunsuzdur.
 
"Səudiyyə Ərəbistanı Ayətullah Nimri edam etməklə çox böyük səhv etdi. Bu edam və ümumilikdə məhkəmə prosesi barədə bizim dərin narahatçılığımız var idi", - deyə Britaniya XİN rəsmisi bildirib.
 
Britaniya Liberal-Demokratlar Partiyasının lideri Tim Farron isə Britaniya hökumətini diktator Səudiyyə rejimi ilə əlaqələri kəsməyə çağırıb.
 
Eyni zamanda bu gün Londonda yüzlərlə insanın iştirakı ilə Ayətullah Nimrin edamına etiraz aksiyaları keçirilib. Səudiyyə rejiminin qarşısında toplaşan etirazçılar Britaniya hökumətindən Səudiyyə rejiminə bu vəhşiliklərə görə təzyiqləri artırmağı tələb edib./
 

Google+ WhatsApp ok.ru