`Şəhid Nimr azadlıq və haqq istəyirdi; O, öz şücaətinin bahasını ödədi`

Dünyanın müxtəlif ölkələrində siyasi və dini şəxsiyyətlərin Şəhid Nimrin edamına etirazı

Ayətullah Şeyx Nimrin edam hökmünün icrası xəbəri dünyanın müxtəlif ölkələrində siyasi və dini şəxsiyyətlərin etirazına səbəb olub. 
Maide.az xəbər verir ki, Livan Ali Şiə Şurasının vitse-prezidenti Əbdül Əmir Qabalan bəyanat yayaraq bildirib ki, əllamə Şeyx Nimrin edam edilməsi açıq aşkar edilmiş bir yalnışdır. Ərəbistan padşahı edam etmək əvəzinə onu əfv edə bilərdi.
İraq Parlamentinin üzvi Həytəm əl-Jubouri deyib ki, Ayətullah Şeyx Nimrin edam edilməsi sionistlərin razılığını əldə etmək məqsədi ilə həyata keçirilib. Beynəlxalq ictimaiyyət Səudiyyə rejiminin liqitimliyini əlindən almalıdır. 
Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin spiker müavini Şəfqət Şirazi  Ayətullah Şeyx Nimrin edamını pisləyib və bu edamı Al Səud  rejimi üçün qara bir ləkə adlandırıb. “Şeyd Nimrin edamı milyonlarla müsəlmanın ürəklərini parçaladı və Ali Səud rejimi bu gün uçrumun qırağında dayanıb”. 
Yəmənin Ənsarullah Hərakatı da bəyanat yayaraq Şeyx Nimrin edamını qəti şəkildə pisləyib və bildirib ki, bu mücahid alimin məhkəməsi sifarişli olub. 
Həmçinin Amerikanın ABC News  kanalının Yaxın Şərq ölkələri üzrə xəbərlər departamentinin prodüseri  Nasir Əta Ərəbistan şiələrinin rəhbəri Şeyx Nimrin edamının icrasına öz Twitter səhifəsində belə münasibət bildirib “Şeyx Nimrin edamı Səudiyyənin İraq, Suriya və Yəməndə yürütdüyü siyasətlərin uğursuz olduğunun  böyük göstəricisidir”. 
İordaniyalı tanınmış yazar Nəsir Əl-Ömri isə  öz Twitter səhifəsində yazıb: “Şəhid Nimrin edam edilməsi Ərəbistan şiələri üçün bir mesajdır ki, bilsinlər danışıqlar dövrü bitdi, azadlıq yalnız şəhadətlə əldə olunacaq”. 
Kuveyt Parlament nümayəndələrindən Saleh Aşur  Twitter  səhifəsində yazıb ki,  Şeyx Nimr azadlıq və haqq istəyirdi; onun yeganə silahı “söz” idi, O, onun kimilərin olmadığı bir vaxtda öz şücaətinin bahasını ödədi. /
 

Google+ WhatsApp ok.ru