Britaniyalılar Tramp əleyhinə kütləvi aksiyaya hazırlaşır

Britaniyalılar Tramp əleyhinə kütləvi aksiyaya hazırlaşır

-- ictimai təşkilatlar xalqı Trampa qarşı etirazlara qoşulmağa çağırıb

Dünən ABŞ prezidenti Donald Trampın 13 iyulda İngiltərəyə səfər edəcəyinin açıqlanması xalq tərəfindən etirazla qarşılanıb.
 
Maide.Az "Parstoday"a istinadən xəbər verir ki, minlərlə insan sosial şəbəkələrdə təşkilatlanaraq kütləvi aksiya keçirəcəklərini bəyan ediblər.
 
"Trampı dayandırma koalisiyası" adlı ictimai qurum aksiyanın baş nazir Tereza Meyin bürosunun qarşısında keçiriləcəyini elan edib. Dünəndən etibarən keçirilən online sorğuda isə 85 min nəfər aksiyada iştirak edəcəyini təsdiqləyib.
 
Digər ictimai təşkilatlar da xalqı Trampa qarşı etirazlara qoşulmağa çağırıb.
 
Xatırladaq ki, ötən ilin yanvarında ABŞ prezidenti İngiltərə kraliçası tərəfindən dəvət edilmiş, lakin ingilislər kütləvi etiraz etdiyi üçün bu səfər təxirə salınmışdı.

Google+ WhatsApp ok.ru