Nigeriya hökumətindən Zakzakiyə şərt

Nigeriya hökumətindən Zakzakiyə şərt

-- “İnacından dön, sərbəst buraxaq”

Nigeriya hökuməti ölkədəki İslam Hərakatının lideri Şeyx İbrahim Zakzakiyə həbsdən çıxması qarşılığında fəaliyyətlərinə son qoymaq şərti irəli sürüb.
 
Maide.Az “on4haber” syatına  istinadən xəbər verir ki, bunu Şeyx İbrahim Zəkzakinin həyat yoldaşı deyib.  O bildirib ki, şeyx bu təklifi rədd edib. "O, həbsdə qalsa belə inancından dönməyəcəyini bildirib."
 
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. 
 
Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. 
 

 

Google+ WhatsApp ok.ru