Britaniya məhkəmə sistemi islamofobiya ilə bağlı cinayətləri öz cinayətlər siyahısına daxil edir

 Britaniya höküməti bildirib ki, müsəlmanlara nifrət zəminində törədilən əməllər cinayət tərkibli hərəkət olaraq cinayət prosessual sisteminə əlavə ediləcək və bu cinayəti törədənlər bütün İngiltərə və Uels ərazisində qanunla təqib ediləcək.
Maide.az xəbər verir ki, daha əvvəl Britaniyada antisemitizm və yəhudilərə qarşı hücumlar cinayət xarakteri daşıyırdı və mövcud qanunvericilik əsasında ölçü götürülürdü.
Hazırda isə, islamofobiyanın artığını nəzərə alaraq, Britaniya höküməti bildirib ki, bundan sonra islamofobiya ilə bağlı cinayətlər antisemitizmə bərabər tutulacaq və bu cinayəti törədənlər cəzalandırılacaq.
Qeyd edək ki, Britaniyanın baş naziri David Kameronun ölkədə ekstremizm hallarının artmasının qarşısını almaq məqsədilə keçirilən ilk forumda iştirak etməsi və bütün dini məkanların, o cümlədən məscidlərin qorunması ilə bağlı çıxışı gözlənilir.
D.Kameron bununla bağlı deyib ki, ekstremizmlə mübarizə aparmaq üçün bizim hamımızın rolu var. “Elə buna görə, mən bütün müsəlman və qeyri-müsəlman ziyalıları bu forumda iştirak etmək üçün dəvət etmişəm ki, yaranan problemləri birbaşa onların öz dilindən eşidim və onlar da cəmiyyətin bir parçası kimi bu problemlə mübarizə aparsınlar.” /
 

Google+ WhatsApp ok.ru