Məhərrəmliyin başlanması ilə bağlı Gürcüstan ruhaniləri ilə görüş keçirilib

Məhərrəm ayının gəlişi ilə bağlı Tbilisi Cümə Məscidində bölgələri təmsil edən Axundlarla, sonra isə xanım din xadimələri ilə görüş keçirilib. Gürcüstan Müsəlmanları İdarəsindən Maide.az-a verilən məlumata görə, GMİ-nin şeyxi din xadimlərinə İmam Hüseyn (ə) üçün keçirilən təziyə məclislərin haqda müəyyən tövsiyə və fikirlərini bildirib. Onların ehtiyaclarını dinləyib. 
Azan üçün səsləndiriciyə ehtiyacı olanlara ruperlər və səsgücləndiricilər hədiyyə edilib. Eyni zamanda ehtiyacı olan məscidlər möhür, təsbeh, Məhərrəmliyə məxsus baner və bayraqlar, axundlar üçün moizə kitabçası və Məhərrəm mərasimlərinə mərsiyə və İmam Hüseyndən (ə) bəhs edən ölkədə iri tirajla çap olunan kitablar hədiyyə olunub. Eyni zamanda “İman” jurnalının bu sayı xüsusi buraxılış olaraq din xadimləri vasitəsi ilə oxuculara təqdim olunacaq.
 
İmam Hüseyn (ə) hərəkatı, Kərbəla qiyamının məqsədi və həqiqətlərini insanlara çatdıran və belə mərasimlərin təşkilində hər növ əməyi keçən hər kəsə təşəkkür edir, Mehriban Allahdan əcr və savab diləyirik. Allah təziyənizi qəbul etsin!

Google+ WhatsApp ok.ru