Bu şəkil bir ölkəni şoka saldı (FOTO)

`Facebook`da paylaşılan bir foto Kosovanı ayağa qaldırıb

Facebook paylaşılan bir foto Kosovanı ayağa qaldırıb.

ANS-in məlumatına görə, Kosovanın Kaçanik şəhərindən 1,5 il əvvəl Suriyaya, oradan isə İraqa keçərək terror təşkilatı İŞİD-ə qatılan 27 yaşındakı Lavdrim Muhaceri bir adamın başını kəsib. Daha sonra bu hadisənin fotosunu sosial şəbəkədə yerləşdirib. 

Muhaceri paylaşdığı qan donduran fotoda bir nəfərin başından tutub və əlindəki bıçağı onun boğazına dirəyib. İŞİD-ə 100-dən çox albanın qatıldığını iddia edən Muhaceri insanlara cihad çağırışı edib. Muhacerinin paylaşdığı foto Kosovada şok təsiri bağışlayıb. 

Kosovo prezidenti Atifete Yahyaqa ölkənin şiddət və nifrət ixracatçısı olmasına icazə verməyəcəklərini söyləyib. Ölkədə dini ekstremizm və radikalizm təhdidlərini, bu qəbuledilməz faktların dayandırılması üçün əmr verdiyini söyləyib. 

Ölkə başçısı Lavdrim Muhaçeri üçün həbs əmri verib və onun ailəsinin sorğuya cəlb edilməsini tələb edib. 

Google+ WhatsApp ok.ru