Obama maşın yuyacaq 01 Avqust 2014 01:00 Dünya ABŞ prezidenti: `Onların evinə gedib itlərini gəzdirəcəm` ABŞ prezidenti Barak Obama bildirib ki, müxalifətçi respublikaçılar Konqressdə onunla əməkdaşlıq etsələr, təsərrüfat işlərində onlara yardım etməyə hazırdır. Ağ Evdə federal sektorda maaşların qaldırılması haqqında fərmanı imzalayan zaman çıxış edən Amerika prezidentinin sözləri gülüş doğurub. "Hər dəfə fəhlə ailələrinə kömək məsələsində konqress mənimlə əməkdaşlıq etmək istəyəndə, mən hazır olacam. Qapım açıqdır. Bundan başqa, mənim özüm onların evinə gedib itlərini gəzdirəcəm, maşınlarını yuyacam",- deyə Barak Obama vurğulayıb. Hazırda, müxalifətçi Respublikaçılar Partiyası Barak Obamanı məhkəməyə verib. Onların iddiasına görə, Obama səhiyyə sahəsində islahatlar apararkən öz səlahiyyətindən sui-istifadə edir. Obamanın son qərarına görə, illik gəliri 90 min dolları ötməyən ailələr pulsuz müalicə olunacaqlar və onların müalicə xərcləri dövlət tərəfindən çəkiləcək. Bu isə sırf kapitalizm tərəfdarı olan Respublikaçılar Partiyasını narazı salıb. Teqlər : #Obama maşın yuyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu şəkil bir ölkəni şoka saldı (FOTO) İsraildə həyat dayandı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO