Buşəhr AES-də ikinci nüvə reaktorunun inşasına başlanılıb

Buşəhr AES-də ikinci nüvə reaktorunun inşasına başlanılıb

İranın Buşəhr Atom Elektrik Stansiyasında ikinci nüvə reaktorunun inşasına başlanılıb. 
 
Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, reaktorun təməlqoyma mərasimində İran prezidentinin birinci müavini İshaq Cahangiri, İran Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi və Rusiyanın “Rusatom”un şirkətinin rəhbəri Sergey Kiriyenko iştirak edib.
 
Tikinti işləri 9 ilə tamamlanacaq. Üçüncü reaktorun inşasına isə 18 aydan sonra başlanılacaq. İki reaktorun tikintisi üçün 10 milyard dollar vəsaitin sərf olunacağı ehtimal edilir.
 

Google+ WhatsApp ok.ru