Tanzaniyada 5,7 bal gücündə zəlzələ olub

Tanzaniyada 5,7 bal gücündə zəlzələ olub

Tanzaniyada 5,7 bal gücündə zəlzələ olub. Baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb. 

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.

 

Zəlzələnin episentri Nsunq yaşayış məntəqəsinin 23 kilometrliyində, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu barədə "France Press" agentliyi xəbər yayıb.

Məlumata görə, təbii fəlakət zamanı 100 nəfər xəsarət alıb. 

"On bir nəfərin ölümü və 100 nəfərin xəsarət alması haqda təəssüflə xəbər veririk. Yaralıların çoxu xəstəxanalara yerləşdirilib. Xilasetmə işləri aparılır" - deyə polisin yaydığı məlumatda bildirilir. (report) /

 

Google+ WhatsApp ok.ru