Bu adada evlərin əksəriyyəti üzü qibləyə tikilib - FOTO

Bu adada evlərin əksəriyyəti üzü qibləyə tikilib - FOTO

İslam “Hom Aylend ” adasında olan ailələrin yaşam tərzinin ayrılmaz bir parçasıdır.

Maide.Az xəbər verir ki, bunu Kokos adalarının (Keyling adaları) tərkibində olan "Hom Aylend" adasının yeganə məscidinin imam camaatı Nek Sou "Guardian" qəzetinə deyib. N.Sou deyib ki, “Hom Aylend” adasında evlər misilsiz və özünə məxsus üslubda dizayn olunub. “Belə ki, bu adada evlərin 85 faizi üzü qibləyə tikilib və böyük otaqları var. Mətbəx evdən kənarda tikilib. Evdə otaqlar bir-birinə nazik bir dəhliz vasitəsi ilə birləşir”.

N.Sou deyib ki, bu adada 400 nəfər yaşayır ki, onların hamısı müsəlmandır. Onlar malayca (Malayca -Malezya, Brunei ve Singapurun resmî dilidir) danışıq dilindən əlavə, ingilis dilini də bilir. “ Bu adada gənclər hər həftənin 3-cü günü məscidə toplaşır və İslam dini təlimləri və Quran oxumağı öyrənir. Bundan başqa gənclərə sağlam əylənmək üçün dənizçilik və gəmiçilik kursları da təşkil olunur. Adanın yeganə məscidindən azan səsi ucalanda kişilər uzun ağ əba və xüsusi papaq qoyaraq məscidə doğru gəlir. Namaz vaxtı adanın küçələrində sakitlik hökm sürür, təkcə azan və namaz səsi eşidilir, insanlar namaz qılmaq üçün məscidə axışır”.

O əlavə edib ki, ada sakinləri balıqçılıqla məşğuldur və adada əsasən banan, nargil kimi meyvələr bitir. Qeyd edək ki, Kokos adaları Cənub-Şərqi Asiyada Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur. Əhalisinin sayı 1997-ci ilin iyulunda 617 nəfər idi. 1984-cü ildəki səsvermə ilə xalq Avstraliyanın tərkibinə keçməyə üstünlük vermişdir. 1609-cu ildə kapitan William Keeling tərəfindən kəşf edilən adalar, bu səbəbdən Keeling adaları olaraq da bilinir. /

Image result for cocos island

Related image

Related image

Related image

Image result for cocos island mosque

Related image

Google+ WhatsApp ok.ru