2017-ci ildə rusiyalılara ərzaq kartları veriləcək

2017-ci ildə rusiyalılara ərzaq kartları veriləcək

Rusiya Federasiyası Ərzaq və Sənaye Nazirliyi  2017-ci ildə  sakinlər  üçün ərzaq yarldımı proqramını işə salacaq. FaktXəbər-in Lenta.ru-ya istinadla məlumatına görə, bu barədə fevralın 7-də ƏSN naziri Denis  Manturov  bəyan edib.
 
Onun sözlərinə görə, ərzaq kartlarının  verilməsi bəzi məhsulları, məsələn  təzə ət, balıq və tərəvəz almaq imkanı olmayan, müəyyən kateqoriyalı sakinlərə yardım etməyə imkan verəcək.
 
Nazir onu da vurğulayıb ki, rusiyalıların aldıqları  pul, vətəndaşların hesablarında yığılmayacaq: «Onları ancaq yerli istehsal məhsulların alışı üçün xərcləmək mümkün olacaq».
 
Qeyd edək ki, layihə 2015-ci ildən hazır olsa da, büdcə çatışmazlığına görə bir neçə dəfə təxirə düşüb.
 
ABŞ-da analoji dəstək proqramı 50 ildir ki, mövcuddur. Vətəndaşlara ayda orta hesabla 130 dollarlıq Food Stamp adlanan talonlar verilir.
 

Google+ WhatsApp ok.ru