`Bu gün Bəhreyn xalqı bütövlükdə ev dustağıdır`

`Bu gün Bəhreyn xalqı bütövlükdə ev dustağıdır`

"Bu gün Bəhreyn xalqı ev dustağıdır, sükut etməyə məcburdurlar, sosial şəbəkələrdə kiçik bir qeyd yazmaq onların həbs olunması üçün kifayət edir".
 
Bunu Bəhreyn İslami Amal Cəmiyyətinin məsul şəxslərindən biri olan Raşid əl-Raşid bildirib. 
 
Maide.Az xəbər verir ki, R.Raşid deyib ki, Bəhreyn dörd güc tərəfindən işğal olunub. “Onlardan biri Ali-Xəlifə rejimidir ki, diktatorluqla istəyir ölkədə mütləq bir güc olsun. Bəhreyni digər işğal edənlər isə Qərb ölkələri, Amerika və Səudiyyə Ərəbistanıdır. Onlar Bəhreyn xalqının istəklərinin qarşısını almaq üçün koalisiya yaradıb”.
 
O əlavə edib ki, Ali-Xəlifə rejimi təkcə Şeyx İsa Qasimi ev dustağı etməyib, bu gün Bəhreyndə polis idarəetməsi hakimdir. “Təhlükəsizlik qüvvələri gecə-gündüz küçələrdə silahla gəzir. Çünki onlar inqilab alovunu hələ də söndürə bilməyib. İnsanların evlərinə hücum və həbslər hələ də davam edir. Bu gün Bəhreyn xalqı bütövlükdə ev dustağıdır”.
 
R.Raşid deyib ki, Bəhreyndə insanların əlindən azadlıqlarının alınması, danışanların ağzının yumuzdurulması və ölkədəki siyasi durum bunu deməyə əsas verir.  
Rejimin təhlükəsizlik qüvvələri artıq represiyaları qadınlar əleyhinədə gücləndirib. “Bəhreyn xalqı öz ədalət istəyi fəryadlarını və inqilablarının yolunu davam etdirəcək. Bu gün xalq bütün əxlaqi, dini və hüququi normaları tapdalayan Bəhreyn diktatorundan qisas almaq istəyir”. /
 

Google+ WhatsApp ok.ru