Heydər Əl-Əbadi: “Dünya İraqın İŞİD-ə qarşı bu qədər sürətli qələbəsini gözləmirdi” - FOTO

Heydər Əl-Əbadi: “Dünya İraqın İŞİD-ə qarşı bu qədər sürətli qələbəsini gözləmirdi” - FOTO

İraqın baş naziri Heydər Əl-Əbadi Mosulun mərkəzinə gələrək, İraq Ordusunun İŞİD əleyhinə qazandığı qələbə ilə Mosulun azad edildiyini elan edib.
 
Əl-Əbadi iyulun 9-u gecə Mosulda iraqlı komandirlərlə keçirdiyi görüşdə bu şəhərin azad edilməsində göstərdiyi qəhrəmanlıq və fədakarlıqlara görə İraq qüvvələrini tərifləyərək belə deyib: "İraq qüvvələri öz qəhrəmanlığı ilə dünyanı təəccübləndirdi".
 
İraqın baş naziri Mosulda əldə olunmuş qələbəni belə qiymətləndirib: "Biz Neynəva vilayətində xidmət sahələrinin yenə əvvəlki kimi bərpa olunmasına və bu vilayətin infrastrukturundakı dağıntıların aradan qaldırılmasına çox əhəmiyyət veririk. Biz bu vilayətdə yenə normal vəziyyətin hakim olması səbəbilə çox xoşbəxtik və bütün bunlar dünyanı çaşqınlığa qoyan cəsur qəhrəmanlarımızın səyi ilə baş tutdu".
 
Əl-Əbadi iyulun 9-da Mosul şəhərinə gəldikdən sonra bu şəhərdə baş verən böyük qələbə münasibətilə İraq qüvvələrini və vətəndaşları təbrik edib. (deyerler) /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru