Bu gün məhkəmə Şeyx Əli Salman haqqında qərar çıxaracaq

Bu gün  Bəhreyn məhkəməsi Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman  haqqında qərar çıxarmaq məqsədi ilə  iclas keçirəcək.
Maide.az xəbər verir ki, məhkəmə iclasının günü  yaxınlaşdıqca son günlərdə Bəhreyn vətəndaşlarının Şeyx Əli Salmana dəstək aksiyalarının sayı da artıb. 
Beynəlxalq Amnistiya Təşkilatı ötən gün  bəyanat yayaraq Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın Ali-Xəlifə həbsxanasından azad olunmasını istəyib. 
Beynəlxalq Amnistiya Təşkilatı Şeyx Salmanı yalnız dinc şəkildə öz fikirlərini bildirdiyi üçün həbs olunan siyasi məhbus adlandırıb. 
Bu bəyanatda bildirilir ki, Şeyx Əli Salmanın həbsi və mühakiməsi öz fikirlərini azad şəkildə bildirmək üçün onun hüququnun açıq-aşkar pozulması və Bəhreyn rəsmilərinin siyasi müxalifləri repressiya etmək və hökuməti tənqid edən səsləri susdurmaq siyasətinin davam etdiyini göstərir./

Google+ WhatsApp ok.ru