Bu il 2 min 365 immiqrant Aralıq dənizində boğularaq ölüb

Bu il 2 min 365 immiqrant Avropaya qaçaq yollarla getmək istəyərkən Aralıq dənizində boğularaq ölüb.
 
Maide.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb. Bildirilir ki, bu vaxtadək 255 min 152 nəfər isə Avropa qaçaq yollarla girməyi bacarıb.
 
Avropada dəniz yolu ilə ən çox immiqrantın getdiyi ölkə Yunanıstandır. Yunanıstana bu il 149 min 28 immiqrant qaçaq yolla gedib. İtaliyaya isə Aralıq dənizini keçərək 103 min 864 immiqrant keçib.

Google+ WhatsApp ok.ru