Rusiyada Wikipedia məhdudlaşdırılır

Avqustun 24-də Rusiya hökuməti internet provayderlərinə göstəriş verib ki, Wikipedia rus versiyasına girişi bağlasın. Səbəb “qadağan olunmuş” informasiyanın yayılmasıdır.
 
Bu addım Wikipedia-nın tamamilə məhdudlaşdırılmasına gətirə bilər. Bu xəbərdarlıqla saytı idarə edən şirkət çıxış edib.
 
Vladimir Putin 2012-ci ildə hakimiyyətə qayıdandan Rusiyada bəzi saytların qadağan olunmasına dair qanunvericilik qəbul edilib. Bunlar əsasən uşaq pornoqrafiyası, narkotik maddələrlə bağlı və ya hərbi materiallar yerləşdirən, eləcə də intiharı təşviq edən saytlardır.
 
Tənqidçilər bu qanunvericiliyin İnternet azadlıqlarını məhdudlaşdırdığını deyir. Onların fikrincə, bu qadağa daha geniş kontentə yönələ bilər. Hökumət isə niyyətini uşaqları qorumaqla izah edir. /

Google+ WhatsApp ok.ru