Bu ölkə hər ay vətəndaşlarına 2500 avro verəcək

İsveçrə hökuməti öz vətəndaşlarına hər ay 2000 frank (2500 avro) verməyi düşünür. Yardım vətəndaşın işləyib-işməməsindən asılı olmayaraq verilə bilər. Bu barədə səsvermə iyun ayında müzakirəyə çıxarılacaq. Təşəbbüsə görə, uşaqlar 635 frank alacaqlar. 
 
Əgər bu ideya dəstəklənsə, İsveçrə bütün dünyada vətəndaşların heç nədən asılı olmayaraq mütləq şəkildə aylıq minimal gəlirə malik olduğu ilk ölkə kimi tarixə düşəcək. "The Independent" yazır ki, təşəbbüs İsveçrənin demoqrafiya institutu tərəfindən irəli sürülüb.
 
Bununla belə, aparılan araşdırmalar belə nəticəyə gəlməyə əsas verib ki, Avropanın bu ölkəsində vətəndaşların əksəriyyəti yardıma baxmayaraq işləməyə davam edəcək. Rəyi soruşulanlardan ancaq 2 faizi aylıq gəlirləri olarsa, işdən ayrıla biləcəklərini deyib. 
50 faiz isə düşünür ki, bu qanun qəbul edilməyəcək. 
 
Əgər bu səsvermə qanunun qəbulu ilə nəticələrsə, aylıq ödəniş üçün 208 milyard İsveçrə frankı lazım olacaq. Onlardan 150 milyardı vergilərdən gələn gəlirdir, 55 milyard isə sosial sığorta fondundan götürülə bilər. 
 
Qeyd edək ki, bənzər təklif Finlandiyada səsləndirilmişdi. Bu ölkə 2017-ci ildən hər ay vətəndaşlarına 800 avro verməyi düşünür. Ölkə vətəndaşlarının 70 faizi bu təklifi dəstəkləyir.

Google+ WhatsApp ok.ru