Səudiyyədə 9 amerikalı saxlanıb?

Səudiyyə Ərəbistanında ötən həftə 9 amerikalı terror şübhəlisi kimi saxlanıb. Həmin əməliyyatda ümumilikdə 33 nəfər həbsə atılıb.
 
Maide.az Presstv-yə istinadən xəbər verir ki, İngilisdilli Saudi Gazette yanvarın 31-də naməlum mənbəyə istinadla yazıb ki, 4 amerikalı yanvarın 25-də, beşi sonrakı günlər saxlanıblar.
 
ABŞ  rəsmiləri elan edib ki, biz saxlanılan şəxslərin həqiqətən də Amerika vətəndaşları olduğunu təsdiq edə bilmirik. Hazırda həmin şəxslərin kimliyi araşdırılırı. .
 
Məlumata görə, saxlananlardan 14-ü səudiyyəli, üçü yəmənli, ikisi suriyalı, biri indoneziyalı, biri filippinli, biri Birləşmiş Ərəb Əmirliklərindən, biri fələstinli, biri qazaxıstanlıdır.
 
Şübhəlilərin İŞİD silahlı qruplaşmasına bağlı olub-olmadığı açıqlanmır. /

Google+ WhatsApp ok.ru