Bu ölkədə Ramazan ayı münasibətilə 300 yeni tikilmiş məscidin açılışı olacaq

Bu ölkədə Ramazan ayı münasibətilə 300 yeni tikilmiş məscidin açılışı olacaq

Yaxın bir həftə ərzində Ramazan ayı  münasibətilə 300 məscid istifadəyə veriləcək. 
 
Maide.Az “alderaah” saytına istinadən xəbər verir ki, bunu Misirin Vəqflər Naziri  Məhəmməd Muxtar Cümə deyib. 
 
Misirin   “Harayah Raznah” bölgəsində  “Əhməd Ərabi” məscidinin açılışında çıxış edən  M.Muxtar Cümə bildirib ki, yeni tikilmiş 300 məscidin açılış mərasiminin bir həftə ərzində  keçirilməsi bəlkədə Misir və dünya tarixində ilkdir və misli görünməmişdir. 
 
Qeyd edək ki, ötən gün açılışı olan “Əhməd Ərabi” məscidi  1200 kvadrat metr ərazidə  tikilib. Məscidin tikintisi üçün 15 milyon Misir funtu xərclənilib. 
 
 

Google+ WhatsApp ok.ru