Bu ölkədən 200 min nəfər Həcc ziyarətinə gedəcək

Bu ölkədən 200 min nəfər Həcc ziyarətinə gedəcək

Cari ildə Hindistandan Həcc ziyarəti üçün 200 min nəfər zəvvar  Səudiyyə Ərəbistana səfər edəcək.  
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  Hindistanın Həcc işləri üzrə təşkilatın məlumatına görə, ötən il bu rəqəm  157 min nəfər olub.  
 
Qeyd edək ki, Hindistanın ilk hacılar karvanı şənbə günü Camu və Kəşmir əyalətindən Allah evinin ziyarətinə yola düşüb. 
 
Hindistanın Camu və Kəşmir əyalətindən 166 kişi və 144 nəfəri qadın olmaqla 304 nəfər zəvvar Səringər beynəlxalq hava limanından Mədinə şəhərinə yola düşüb.
 
Rəsmi olaraq Hindistanda təxminən 177 milyon 300 min müsəlman yaşayır. Hindistan İndoneziya və Pakistanın sonra dünyada ən çox müsəlman əhaliyə sahib üçüncü ölkədir. 
 
 

Google+ WhatsApp ok.ru