İranda baş vermiş zəlzələdə ölən və yaralananlar var - YENİLƏNİB

İranda baş vermiş zəlzələdə ölən və yaralananlar var - YENİLƏNİB

İranın Xuzestan əyalətinin Böhranın İdarəetmə mərkəzinin rəhbərinin bildirdiyinə görə, baş vermiş zəlzələdə  indiyədək 1 nəfər ölüb, 20  nəfər xəsarət alıb.  
 
Məscid Süleyman şəhərininin müxtəlif yerlərində elektrik enerjisi kəsilib.   Elektrik stansiyalarına və bir çox infrastruktura ziyan dəyib. Mobil telefonlarda problemlər yaranıb. 
 
Bu gün Xuzestan əyalətində baş verən  güclü zəlzələnin ardınca  daha iki zəlzələ 3,7 və 4 bal gücündə  əyalətin Məscid Süleyman şəhəri yaxınlığında qeydə alınıb.   
 
 
***
Bu gün İranın Xuzestan əyalətində  5,7 bal gücündə zəlzələ baş verib.
 
Maide.Az xəbər verir ki,  yeraltı təkanlar yerli vaxtla saat 11:32 qeydə alınıb.
 
Zəlzələnin episentri Əhvaz şəhəri  və ətraf Zəlzələ  Əhvaz, Şadqan,  Məscid Süleyman, Həmidiyyə, Şuştər, Həftgel,  Şuş,  Mahşəhr,  Huveyzə, Dezful və  Andika şəhərləri olub. 
 
Zəlzələ əhali arasında təşvişə səbəb olub və onlar evlərini tərk edib.  
 
Dağıntılar və xəsarət alanlar barədə məlumat hələ verilməyib.
 

Google+ WhatsApp ok.ru