Hindistan polisi Kəşmirdə İmam Hüseyn (ə) əzadarlarına hücum edib (VİDEO)

Hindistan polisi Kəşmirdə İmam Hüseyn (ə) əzadarlarına hücum edib (VİDEO)

Yaralanan və saxlananlar var

Hindistan polisi  bu gün Kəşmirdə İmam Hüseyn (ə) əzadarlarına hücum edib. 
 
Maide.Az “Mehr” agentliyinə istinadla xəbər verir ki,  Məhərrəm ayının 8-ci günündə  Kəşmirin Hindistan nəzarəti altında olan Cəmun bölgəsində keçirilən  əzadarlıq yürüşünə polisin hücumu nəticəsində çox sayda insan yaralanıb. 
 
Polis çox sayda Əhli-beyt (ə) ardıcılını  həbs edib. 
 
Məlumata görə, Hindistan rəsmiləri  əzadarlıqların  hökumət əleyhinə mitinqlərə çevirilməsindən qorxduğu üçün  Kəşmirdə Məhərrəm ayı əzadarlıqlarını qadağan edib.
 

Google+ WhatsApp ok.ru