Burucerdi: Xəzər dənizi sülh rəmzidir

Maide.az xəbər verir ki, İranın İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Alaeddin Burucerdi Xəzər dənizini sülh, dostluq və ölkələr arasında çoxtərəfli əməkdaşlıq rəmzi adlandırıb. 
 
Burucerdi İranın şimalında Gorganda keçirilən Xəzər Dənizi Milli Məşvərət Toplantısında etdiyi çıxışında Xəzər dənizinin təhlükəsizliyinin sahilyanı ölkələrin üzərində olduğunu qeyd edərək, region xaricində heç bir xarici hərbi gücə müdaxilə icazəsi verilmədiyini qeyd edib.
 
İran prezidenti Həsən Ruhaninin Rusiyanın Həştərxan liman şəhərində keçirilən Xəzər Dənizi Zirvəsində açıq mövqeyinə işarə edən Burucerdi, Xəzəryanı 5 ölkənin beşinin də Xəzərin resurslarında payı olduğunu, bu resursların istifadəsinə dair hər cür təşəbbüsün sahilyanı ölkələrin kütləvi razılığı ilə aparılması lazım olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru