BVF-nin keçmiş rəhbərinə hökm oxunacaq

İyunun 12-də Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş rəhbəri Dominique Strauss-Kahnın əxlaqsız işlərdə təqsirli olub olmamasına dair qərar verəcək.
 
Dörd il öncə Nyu Yorkda hotel xidmətçisinin ona qarşı ittihamları Kahnın siyasi ambisiyalarına və BVF rəhbəri kimi karyerasına son qoyub. İndi isə öz vətənində məhkəmə onun məhkum edilməsi və mümkün həbsi barədə qərar çıxara bilər.
 
66 yaşlı Strauss-Kahn otel xidmətçisi Nafissatou Dialloni maddi baxımdan razılığa gələndən sonra Nyu York müstəntiqləri 2011-ci ildə ittihamları ləğv edib. Fransada isə o, əxlaqsız qadınların iştirakıyla gecələr təşkil etməkdə ittiham olunur.
 
Özü ittihamları rədd edir. 

Google+ WhatsApp ok.ru