Sionistlər Qəzzada fələstinli balıqçılara hücum ediblər

Maide.az xəbər verir ki, sionist rejimin hərbi qayıqları cümə günü pulemyotlarla Qəzza zolağının sahillərində fələstinli balıqçıların qayıqlarını atəşə tutublar. Bu hücumun ehtimal olunan tələfatı barədə məlumat verilməyib.
 
Qeyd edək ki, sionist rejim hərbçiləri davamlı şəkildə fələstinli balıqçılara hücumlar edir və bu hücumlar nəticəsində indiyə qədər bir çox fələstinli balıqçı öldürülüb və yaralanıb. 
 
Sionist rejim ötən il ən azı 2300 fələstinlinin şəhid olması və 11000 nəfərin yaralanması ilə nəticələnən Qəzza zolağına qarşı 50 günlük müharibədən sonra Fələstin müqaviməti ilə atəşkəs anlaşmasını imzalamışdı. Lakin indiyə qədər onu həmişə pozub.

Google+ WhatsApp ok.ru