Bəhreyn rejimi Şeyx Mahmud Alini həbs edib

Bəhreyn rejimi Şeyx Mahmud Alini həbs edib

-- Şeyx Mahmud Bəhreyn Alimlər Şurasının sədr müavinidir.

Bəhreyn rejimi 2018 il yanvar ayının 2-də keçirilən məhkəmə prosesində Şeyx Mahmud Aliyə 6 aylıq həbs cəzası verib.
 
Maide.Az "İslaminsesi"-nə istinadən xəbər verir ki, Cəzanın səbəbi Şeyx Mahmudun Ayətullah İsa Qasimi ilə həmrəy olması və xütbələrinin birində onu dəstəkləməsidir.
 
Qeyd edək ki, Şeyx Mahmud tanınmış, nüfuzlu alimlərdəndir. Həmçinin Bəhreyn Alimlər Şurasının sədr müavinidir.
 
Xatırladaq ki, Bəhreyn Alimlər Şurasının sədri Seyyid Məcid əl-Məşəl 2016-cı il avqust ayında rejim tərəfindən iki illik həbs cəzasına məhkum edilmişdir.
 

 

Google+ WhatsApp ok.ru