Bəhreyndə etiraz aksiyaları keçirilir

Bəhreyndə etiraz aksiyaları keçirilir

Bəhreyn xalqı bu gün “Ləbbeyk ya Muhəmməd”, “Ləbbeyk ya şühəda” şüarları ilə mitinqlərə start verib. 
 
Maide.Az xəbər verir ki, Bəhreyn xalqının mitinqləri ölkənin müxtəlif bölgələrində bu gün günorta başlayıb və sabaha kimi davam edəcəyi bildirilir. 
 
Mitinq Bəhreyn 14 Fevral və “Əl-Vifa” İslami Hərakatının dəvəti ilə baş tutub. Mitinqlərin keçiriləsindən məqsəd Muhəmməd (s) peyğəmbərin həqiqi dinini qorumaq və Ali Xəlifə rejiminin yürütdüyü zorakılıq və zülmə qarşı çıxaqmaqdır. 
 
Ali Xəlifə rejimi bu gündə (cümə günü) Diraz bölgəsində Ayətullah İsa Qasimin evinin önündə toplaşan aksiyaçıları cümə namazı qılmağa qoymayıb və onlar namazları ayrı-ayrı qılmalı olublar. 
 
Diraz bölgəsində aksiya keçirən insanlar bir daha həmçinin Ali Xəlifə rejiminin cinayətlərini pisləyərək Ayətullah İsa Qasimə dəstəklərini nümayiş etdiriblər. 
 
Qeyd edək ki, Ali Xəlifə rejimi 5 aydan çoxdur ki, silahlı qüvvələrin köməyi ilə Diraz bölgəsini mühasirə edərək bəhreynlilərin bu bölgəyə giriş-çıxışını qadağan etməklə bərabər,  bölgədə cümə namazını qılınmağına  da icazə vermir. 
 

Google+ WhatsApp ok.ru