Cənubi Amerika ölkələrindən işğalçı israilə qarşı sərt qərar

Cənubi Amerikanın dörd ölkəsi İsraildən öz səfirlərini geri çağırıb

Sionist rejimin Qəzzaya hərbi əməliyyatlarının davam etdirilməsinə etiraz olaraq Çili və Peru işğal olunmuş ərazilərdən öz səfirlərini geri çağırıblar.

Maide.az-ın Rusiya əl-yəvm kanalına istinadən məlumatına görə,  Çili dövləti öz bəyanatında sionist rejimin Qəzzanın dinc sakinlərinə qarşı cinayətlərini pisləyib.  Həmin əmliyyatları beynəlxalq qanunlara zidd adlandırıb və 1000 nəfərdən çox uşaq və qadının öldürülməsini və işğalçı rejimin məktəb və xəstəxanalar hücumlarını pisləyib.

Məlumata əsasən, Çili dövləti də öz səfirini işğal olunmuş ərazilərdən geri çağırıb və sionsit rejimin Qəzzadakı hərbi əməliyyatlarından dərin təssüfləndiyini bildirib.

Qeyd edək ki, bundan öncə ötən həftə Brazilya və Ekvador dövlətləri də  sionist rejimin Qəzzaya hücumlarına etiraz əlaməti olaraq İsraildəki səfirlərini geri çağırmışdı.  / 

Google+ WhatsApp ok.ru